news-details
Xəbərlər

Azərbaycanda Bədən Tərbiyəsi və İdman günü qeyd olunur

5 mart - Bədən Tərbiyəsi və İdman günü ilə əlaqədar idman ictimaiyyətinin nümayəndələri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbirdə Milli Məclis Sədrinin müavini Adil Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, baş katibin müavini Azər Əliyev, federasiya rəsmiləri, tanınmış idmançılar və digər rəsmi şəxslər iştirak edib.

Onlar ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qeyd edək ki, bu gün Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bir qrup idman ictimaiyyəti nümayəndəsinin mükafatlandırılma mərasimi keçiriləcək.

Digər xəbərlər