Cümə axşamı 25.04.2024

Böyük Dəbilqə: Rüstəm Orucov bürünc medal qazandı

Böyük Dəbilqə: Rüstəm Orucov bürünc medal qazandı

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin ikincu yarış günü Azərbaycan milli komandası üçün uğurlu olub.

73 kq çəki dərəcəsində yarışan Rüstəm Orucov nüfuzlu yarışın bürünc medalını qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Obidxon Nomonova qalib gəlib.

İkinci yarış günündə tatamiyə çıxan digər 2 təmsiçimiz - Hidayət Heydərov və Murad Fətiyev (hər ikisi 81 kq) turniri medalsız başa vurub.

Cüdo millimiz yarışa 10 kişi və 2 qadın idmançı ilə qatılıb.