Şənbə 20.04.2024

“Neftçi” “Keşlə”yə qalib gəldi, “Sumqayıt” xal itirdi

“Neftçi” “Keşlə”yə qalib gəldi, “Sumqayıt” xal itirdi

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start verilib. İlk oyun günündə 2 görüş keçirilib.

Əvvəlcə diqqətlər "Bank Respublika Arena"ya yönəlib. "Sabah" "Sumqayıt"ı qəbul edib. Matç 1:1 hesaabı ilə yekunlaşıb.

Günün digər matçında "Neftçi" "Bakcell Arena"da "Keşlə" ilə qarşılaşıb. Əslində bu görüş "ASK Arena"da keçirilməli idi. Sadəcə, "ağ-qaralar"ın stadionunda aparılacaq təmir işləri ilə əlaqədar matçların yeri dəyişdirilib. Oyuna gəlincə, "Neftçi" 3:1 hesablı qələbə qazanaraq liderliyini davam etdirir.

Tura sabah - martın 9-da keçiriləcək "Qəbələ" - "Səbail" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XIX tur

“Sabah” – “Sumqayıt” - 1:1
Qollar: T.Xəlilzadə, 34 - C.Xocaniyazov, 70.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Səbuhi Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Kərim Ağayev
“Bank Respublika Arena”.

“Neftçi” – “Keşlə” - 3:1
Qollar: N.Ələsgərov, 6; 64-pen. Ö.Buludov, 19 - A.Salahlı, 82.
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"Bakcell Arena".