Cümə axşamı 25.04.2024

Futzal millimiz Avropa Çempionatının final mərhələsində

Futzal millimiz Avropa Çempionatının final mərhələsində

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. 3-cü qrupda yer alan yığma komandamız 4-cü görüşündə Moldova seçməsinin qonağı olub.

Çoresku şəhərindəki "FMF Arena"da oynanılan qarşılaşma millimizin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu oyunda qazanılan qələbə sayəsində millimiz Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Aktivində 12 xal olan komandamız 3-cü qrupun lideridir. Millimiz ən azı ilk iki pilləni təmin edib. Bu isə yığmamıza həlledici raunda yüksəlmək imkanı verir.

Komandamızdan başqa, Xorvatiya, İtaliya, Rusiya və İspaniya da final mərhələsinə vəsiqəni təmin edib.

Avropa çempionatının seçmə mərhələsi

3-cü qrup

Moldova - Azərbaycan - 3:5
Qollar: Andrian Laşku, 31:59, Sergey Nikolayçuk, 35:08, Andrey Neqara, 36:57 - Hadi Ahmadi, 06:57, Vaasoura, 22:05, 36:42, Ramiz Çovdarov, 27:47, Yulian Kojokaru, 34:47 (avtoqol)
Hakimlər: Damian Qrabovski, Dominik Tsipinski (Polşa), Viktor Bugenko (Moldova)
Çoresku, "FMF Arena".