news-details
Xəbərlər

“Qarabağ” “Zirə”ni məğlub etdi, “Qəbələ” “Səbail”lə bərabərə qaldı

Bu gün Azərbaycan Premyer Liqasında XIX turun son iki görüşü keçirilib. Günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Səbail" arasında olub. Oyun 1:1 hesabı ilə bitib.

Tura "Zirə" - "Qarabağ" oyunu ilə yekun vurulub. Zirə İdman Kompleksinin stadionunda oynanılan görüş komandaların Premyer Liqada 22-ci dueli olub. Ağdam klubu bu görüşdə 2 cavabsız qolla qalibiyyət əldə edib.

Ötən gün keçirilmiş matçlarda "Sabah" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib, "Neftçi" isə "Keşlə" üzərində inamlı qələbə qazanıb - 3:1.

Azərbaycan Premyer Liqası

XIX tur

9 mart

"Qəbələ” – “Səbail” - 1:1
Qollar: R.Utriq, 78 - A.Yunanov, 57.
Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Eyyub İbrahimov, İnqilab Məmmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu.

"Zirə” – “Qarabağ” - 0:2
Qollar: X.Romero, 3. P.Andrade, 32.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Zirə İdman Kompleksinin stadionu.

Digər xəbərlər