Cümə axşamı 18.04.2024

“Borussiya Dortmund” 1/4 finalda, “Yuventus” mübarizəni dayandırdı

“Borussiya Dortmund” 1/4 finalda, “Yuventus” mübarizəni dayandırdı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. İlk görüş günündə keçirilən iki qarşılaşma İtaliya və Almaniyada təşkil olunub.

"Yuventus" Turindəki "Alyans" stadionunda "Portu"nu qəbul edib. Bu komandalar arasındakı ilk oyun Portuqaliya təmsilçisinin qələbəsi ilə yekunlaşmışdı - 2:1. "Yuventus" ikinci görüşdə ümumi hesabda tarazlıq yarada bilsə də, səfərdə daha çox qol vurması "Portu"nu 1/4 finala daşıyıb.

Digər matç Dortmunddakı "Siqnal İduna Park"da "Borussiya" ilə İspaniya "Sevilya"sı arasında olub. İlk görüşdə Almaniya klubu 3:2 hesablı səfər qələbəsinə sevinib. Cavab matçı heç-heçə bitsə də, sonda növbəti mərhələyə vəsiqə "Borussiya Dortmund"a qismət olub.

1/8 final mərhələsinin daha 2 cavab görüşü 10 martda, qalan 4 matçı isə 16-17 martda olacaq

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, cavab görüşləri

9 mart

"Yuventus" (İtaliya) - "Portu" (Portuqaliya) - 3:2
Qollar: Kyeza, 49; 63. Rabyo, 117 – S.Oliveyra, 19-pen; 115.
İlk oyun - 1:2

"Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya) - 2:2
Qollar: Haland, 35; 54 – En Nesiri, 69-pen; 90+6.
İlk oyun - 3:2