Cümə axşamı 25.04.2024

Sumqayıtda heç-heçə, “Qarabağ”dan növbəti qələbə

Sumqayıtda heç-heçə, “Qarabağ”dan növbəti qələbə

Bu gün Azərbaycan Premyer Liqasında XX tura start verilib. İlk oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Qarabağ" autsayder "Sabah"ı qəbul edib. Visente Qomeslə vidalaşan qonaq komandanı "Azersun Arena"dakı matça baş məşqçi səlahiyyətlərini yerinə yetirən Ramin Quliyev çıxarıb. Ağdam klubu 2 cavabsız qolla qələbə qazanıb.

Günün son qarşılaşması Sumqayıtda olub. Şəhərin eyniadlı komandası "Kapital Bank Arena"da "Keşlə"ni sınağa çəkib. Bu, komandaların Premyer Liqada 34-cü dueli olub. Görüşdə bərabərliklə yekunlaşıb.

Turun digər 2 görüşü martın 14-də oynanılacaq. "Qəbələ" "Zirə"ni, "Neftçi" "Səbail"i qəbul edəcək.

Azərbaycan Premyer Liqası

XX tur

13 mart (şənbə)

“Qarabağ” – “Sabah” - 2:0
Qollar: F.Ozobiç, 42. M.Emreli, 73.
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Əliyar Ağayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Azersun Arena”

“Sumqayıt” – “Keşlə” - 2:2
Qollar: C.Xocaniyazov, 48. R.Sadıxov, 79 - A.Salahlı, 3; 73.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”