news-details
Xəbərlər

Qəbələdə heç-heçə, “Neftçi”dən darmadağın

Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub. Oyunlardan biri əyalətdə, digəri isə paytaxtda keçirilib.

Günün ilk matçı Qəbələdə eyniadlı kollektiv ilə "Zirə" arasında olub. Matçda hesabı meydan sahibləri açsa da, ikinci hissəyə əlavə olunmuş dəqiqələrdə qonaqlar məğlubiyyətdən qaçmağı bacarıblar.

Turun son oyunu "Bakcell Arena"da təşkil edilib. "Neftçi" "Səbail"i 4 cavabsız qolla üstələyərək turnir cədvəlində yenidən zirvəyə yüksəlib.

Turun ilk iki oyununda "Qarabağ"da evdə "Sabah"a 2 cavabsız qolla qalib gəlib, "Sumqayıt" isə "Keşlə" ilə heç-heçə edib - 2:2.

Azərbaycan Premyer Liqası

XX tur

14 mart (bazar)

“Qəbələ” – “Zirə” - 1:1
Qollar: V.Medimoreç, 23 – F.Melivilo, 90+4.
Qırmızı vərəqə: M.Giqauri, 29 ("Zirə")
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Rəhim Həsənov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu.

“Neftçi” – “Səbail” - 4:0
Qollar: N.Ələsgərov, 5. S.Monroz, 65. Y.Laval, 69. M.Çelik, 75.
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”.

Digər xəbərlər