news-details
Xəbərlər

Bakı Olimpiya Stadionunda görüş

Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi və “Neftçi” klubunun bugünlərdə müqavilə imzaladığı yaponiyalı futbolçusu Keysuke Honda ilə görüşüb.

AFFA-nın saytının verdiyi xəbərə görə, görüşdə futbolun inkişafı barədə fikir mübadiləsi aparılıb.

Toplantıda Bakı Olimpiya Stadionunda 2019-cu ilin may ayında UEFA Avropa Liqası turnirinin final oyununun təşkil olunduğu, bu il isə UEFA Avro-2020-nin 4 oyununun keçiriləcəyi vurğulanıb.

“Neftçi”nin prezidenti Kamran Quliyev də görüşdə iştirak edib.

Digər xəbərlər