Şənbə 20.04.2024

AVRO-2020: Türkiyə və Fransa qalib gəldi, İngiltərə məğlub oldu

AVRO-2020: Türkiyə və Fransa qalib gəldi, İngiltərə məğlub oldu

Bu gün 2020-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti görüşlər keçirilib. İkinci oyun günündə 3 qrupda 7 qarşılaşma təşkil edilib.

A qrupunun lideri İngiltərə Çexiyanın qonağı olub və 1:2 hesabı ilə məğlub olub. B qrupunda Avropa çempionatının son qalibi Portuqaliya yığması Lüksemburqa 3 cavabsız qolla qalib gəlib.

H qrupunun iddialı komandalarından Türkiyə millisi doğma azarkeşləri önündə Albaniyanı minimal hesabla məğlub etməklə liderliyini qoruyub. Fransa da İslandiya səfərində minimal hesabla üstün olub.

AVRO-2020, seçmə mərhələ

VII tur

11 oktyabr

A qrupu

Monteneqro – Bolqarıstan - 0:0

Çexiya – İngiltərə - 2:1
Qollar: Brabeç, 9. Ondraşek, 85 - H.Keyn, 5-pen.

B qrupu

Ukrayna – Litva - 2:0
Qollar: Malinovski, 29; 58.

Portuqaliya – Lüksemburq - 3:0
Qollar: B.Silva, 16. Ronaldo, 65. Qedeş, 89.

H qrupu

Türkiyə - Albaniya - 1:0
Qol: C.Tosun, 90.

İslandiya – Fransa - 0:1
Qol: Jiru, 66-pen.

Andorra – Moldova - 1:0
Qol: Vales, 63.