Cümə axşamı 25.04.2024

Çempionlar Liqası: son 1/4 finalçılar müəyyənləşdi

Çempionlar Liqası: son 1/4 finalçılar müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Son iki cavab oyunundan biri İngiltərədə, digəri Almaniyada keçirilib.

"Çelsi" İngiltərədə "Atletiko"nu (Madrid) qəbul edib. İlk görüşdə 1:0 hesablı qələbə qazanan London təmsilçisi üstünlüyünü doğma meydanda da davam etdirməyi bacarıb. Oyun ev sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Günün digər qarşılaşmasında "Bayern Münhen" Almaniyada "Latsio" ilə qarşılaşıb. Romada rəqibini 4:1 hesabı ilə üstələyən Münhen təmsilçisi 1/4 final vəsiqəsini böyük ölçüdə həll etmişdi. Almaniya klubu ikinci görüşdə də rəqibinə şans verməyib.

Daha öncə Almaniyanın "Borussiya" (Dortmund), Portuqaliyanın "Portu", İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və Fransanın PSJ klubları 1/4 finala vəsiqə qazanıblar.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

"Çelsi" (İngiltərə) - "Altetiko" Madrid (İspaniya) - 2:0
Qollar: Ziyeş, 34. Emerson, 90+4.
İlk oyun - 1:0

"Bayern Münhen" (Almaniya) - "Latsio" (İtaliya) - 2:1
Qollar: Levandovski, 33-pen. Şupo-Motinq, 73 – Parolo, 82.
İlk oyun - 4:1