news-details
Xəbərlər

“Tottenhem”lə “Milan” dayandı, “Arsenal”, “Ayaks”, “Roma” 1/4 finalda!

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub və 1/4 finala vəsiqə qazanan bütün komandalar müəyyənləşib.

Oyunlardan ikisi "CBC Sport"la canlı yayımlanıb. İlk oyunda səfərdə "Olimpiakos"dan 3:1 hesabı ilə üstün olan "Arsenal" rəqibini Londonda qəbul edib. İngiltərə təmsilçisi 0:1 hesabı ilə məğlub olsa da, mərhələ adlayıb.

Günün maraqla gözlənilən qarşılaşması İtaliyada təşkil edilib. “Milan” İngiltərədə 1:1 hesablı heç-heçə etdiyi "Mançester Yunayted"lə üz-üzə gəlib. Minimalhesablı qələbə qazanan "qırmızı şeytanlar" 1/4 finala yüksəliblər.

Avropa Liqası

1/8 finalın cavab oyunları

18 mart

"Molde" (Norveç) – "Qranada" (İspaniya) - 2:1
Qollar: Valyexo, 29 (avtoqol), Hestad, 90-pen – Soldado, 72.
İlk oyun – 0:2

"Dinamo" (Zaqreb, Xorvatiya) – "Tottenhem" (İngiltərə) - 3:0
Qollar: Orşiç, 62; 83; 106.
İlk oyun – 0:2

"Arsenal" (İngiltərə) – "Olimpiakos" (Yunanıstan) - 0:1
Qol: El Arabi, 51.
İlk oyun – 3:1

"Şaxtyor" (Donetsk, Ukrayna) – "Roma" (İtaliya) - 1:2
Qollar: Moraes, 59 – Mayoral, 48; 72.
İlk oyun – 0:3.

"Reyncers" (Şotlandiya) – "Slaviya" (Praqa, Çexiya) - 0:2
Qollar: Olayinka, 14. Stanku, 74.
İlk oyun – 1:1

"Milan (İtaliya)" – "Mançester Yunayted" (İngiltərə) - 0:1
Qol: Poqba, 49.
İlk oyun – 1:1

"Vilyarreal" (İspaniya) – "Dinamo" (Kiyev, Ukrayna) - 2:0
Qollar: Moreno, 13; 36.
İlk oyun – 2:0

Digər xəbərlər