Cümə 29.03.2024

Avropa Liqasında 1/4 və yarımfinalın püşkü atıldı

Avropa Liqasında 1/4 və yarımfinalın püşkü atıldı

Bu gün UEFA Avropa Liqasında 2020/2021 mövsümünün son püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində baş tutmuş tədbirdə əvvəlcə 1/4 finalın cütləri müəyyənləşib.

1/4 final

"Qranada" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

"Arsenal" (İngiltərə) - "Slaviya" (Praqa, Çexiya)

"Ayaks" (Niderland) - "Roma" (İtaliya)

"Dinamo" Zaqreb (Xorvatiya) - "Vilyarreal" (İspaniya)

Yarımfinal

1. "Qranada" (İspaniya) / "Mançester Yunayted" (İngiltərə) cütünün qalibi - "Ayaks" (Niderland) / "Roma" (İtaliya) cütünün qalibi

2. "Dinamo" Zaqreb (Xorvatiya) / "Vilyarreal" (İspaniya) cütünün qalibi - "Arsenal" (İngiltərə) / "Slaviya" (Praqa, Çexiya) cütünün qalibi

Final

2 cütünün qalibi - 1 cütünün qalibi

1/4 finalın ilk görüşləri aprelin 8-də, cavab matçları bir həftə sonra oynanılacaq. Yarımfinal qarşılaşmaları isə 29 aprel - 6 mayda olacaq. Final oyunu isə mayın 26-da Polşanın Qdansk şəhərindəki eyniadlı stadionda keçiriləcək.