Cümə axşamı 28.03.2024

Yunan-Roma güləşçilərimizdən bir qızıl, bir bürünc medal

Yunan-Roma güləşçilərimizdən bir qızıl, bir bürünc medal

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirini 2 medalla başa vurub.

İslam Abbasov (87 kq) qızıl, Sənan Süleymanov (77 kq) isə bürünc medala sahib olub. Rəqibləri tatamiyə çıxmadıqları üçün güləşçilərə texniki qələbə verilib.

Abbasov finala yüksəldiyi üçün Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edib.

Azərbaycan güləşçiləri Budapeştdə ümumilikdə 3 lisenziya qazanıb. Bununla da Tokio olimpiadasına vəsiqələrin sayı beşə çatıb. Ölkəmiz Oyunlarda sərbəst güləşdə 65, 74 və 97 kq, qadın güləşində 50 kq, yunan-Roma güləşində isə 87 kq-da təmsil olunacaq.

Xatırladaq ki, sonuncu lisenziya yarışı - Dünya Olimpiya Təsnifat turniri 6-9 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Həmin yarışda da hər çəkidə ilk iki yerin sahibi ölkəsinə olimpiya lisenziyası qazandıracaq.