Şənbə 20.04.2024

Öncə Fernandu Santuş, sonra Canni de Byazi

Öncə Fernandu Santuş, sonra Canni de Byazi

DÇ-2022-nin seçmə mərhələsində martın 24-də, İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib:

23 mart
Portuqaliya milli komandası
11:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
12:45. Mətbuat konfransı

Azərbaycan milli komandası
18:00. Mətbuat konfransı
18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd: Hər iki məşq və mətbuat konfransı “Yuventus” stadionunda keçiriləcək. Tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:45-də start veriləcək və "CBC Sport"la canlı yayımlanacaq.