Şənbə 20.04.2024

Böyük Dəbilqə: Millimiz Gürcüstana 11 cüdoçu ilə yollanır

Böyük Dəbilqə: Millimiz Gürcüstana 11 cüdoçu ilə yollanır

Tbilisidə keçiriləcək “Böyük dəbilqə” turnirində mübarizə aparacaq Azərbaycan komandasının heyəti müəyyənləşib. Ölkəmiz yarışda 11 cüdoçu ilə təmsil olunacaq.

Martın 26-da start götürəcək turnirdə kişilər arasında Oruc Vəlizadə, Kəramət Hüseynov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Murad Fətiyev, Zelim Tskayev (hər ikisi 81 kq), Aslan Mirzəyev (100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.

Qadınların yarışlarında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Şəfəq Məmmədova (hər ikisi 52 kq) güclərini sınayacaqlar.

Yarış martın 28-dək davam edəcək. Saat 17:00-da start götürəcək medal döyüşləri "CBC Sport"la canlı yayımlanacaq.