Cümə axşamı 18.04.2024

Millimiz Portuqaliyaya məğlub oldu

Millimiz Portuqaliyaya məğlub oldu

Bu gün Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində mübarizəyə başlayıb. A qrupunda yer alan yığma komandamız ilk oyununu Portuqaliya seçməsinə qarşı keçirib

Koronavirus pandemiyası səbəbindən İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçirilən görüşün taleyini bir qol həll edib. Maksim Medvedevin avtoqolu Portuqaliya yığmasına qələbə qazandırıb.

Bu qrupun digər oyununda Serbiya millisi İrlandiya ilə üz-üzə gəlib. 5 qolun qeydə alındığı qarşılaşmada serblər 3:2 hesablı qalibiyyətə seviniblər.

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu

I tur

Portuqaliya - Azərbaycan - 1:0
Qol: Maksim Medvedev, 36 (avtoqol)
Hakimlər: Daniel Zibert, Yan Zaydel, Rafael Foltin, Saşa Stegemann (Almaniya)
İtaliya, Turin. "Yuventus" stadionu