news-details
Xəbərlər

Böyük Dəbilqə: 7 cüdoçumuz mübarizəyə başlayır

Azərbaycanın cüdo millisi bu gün Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq Böyük Dəbilqə seriyalı yarışda iştirak edəcək. 83 ölkədən 513 idmançının qatılacağı turnirdə ölkəmizin şərəfini ümumilikdə 11 idmançı qoruyacaq.

İlk yarış günündə tatami üzərinə çıxacaq kişi idmançılarımızdan 60 kq-da Oruc Vəlizadə və Kəramət Hüseynov 1/16 finalda müvafiq olaraq ukraynalı Oleq Veredıba və portuqaliyalı Rodriqo Lopeslə üz-üzə gələcək. 66 kq-da mübarizə aparan Yaşar Nəcəfov 1/16 finalda kubalı Orlando Polanko ilə görüşəcək.

İkinci yarış günündə 81 kq-da Murad Fətiyev və Zelim Tskayev, sonuncu gündə isə 100 kq-da Aslan Mirzəyev və 100 kq dan artıq çəki dərəcəsində Uşangi Kakauri tatami üzərinə çıxacaq.

Qadın təmsilçilərimizin hamısı bu gün – ilk yarış günündə mübarizə aparacaq. 48 kq-da Leyla Əliyeva birinci döyüşdə sloveniyalı Marusa Stanqar, Aişə Qurbanlı türkiyəli Gülkader Şentürklə üz-üzə gələcək. 52 kq-da Gültac Məmmədəliyeva Amerika Birləşmiş Ştatları təmsilçisi Anjelika Delqado, Şəfəq Məmmədova isə britaniyalı Yasmin Cavadianla dueldə uğur qazanmağa çalışacaq.

Böyük Dəbilqə seriyalı Tbilisi turnirinin mükafat fondu 153 min dollardır.

Digər xəbərlər