Cümə axşamı 18.04.2024

Millimiz Qətərə məğlub oldu

Millimiz Qətərə məğlub oldu

Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyununda qüvvəsini sınayıb. Canni De Byazinin çalışdırdğı komanda Qətər yığması ilə üz-üzə gəlib.

Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçirilən qarşılaşma "CBC Sport"la canlı yayımlanıb.

Bu, tərəflər arasında 3-cü matç olub. 2013-cü ildəki ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşmışdı. 2017-ci ildə isə millimiz rəqibini məğlub etmişdi - 2:1.

Bugünkü görüşdə sevinən Qətər komandası olub. Asiyalılar 2:1 hesablı qələbəyə sevinib.

UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.

Beynəlxalq yoldaşlıq oyunu

Qətər - Azərbaycan - 2:1
Qollar: H.Əl-Haydos, 55-pen; 58 - R.Şeydayev, 16-pen.
Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hantsko, Peter Kraloviç (Slovakiya)
Macarıstan, Debretsen. "Nadyerdeyi" stadionu