news-details
Xəbərlər

Canni de Byazi: "Əminəm ki, bizdə hər şey alınacaq"

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində doğma meydanda Serbiya yığmasına 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bildirib. İtaliya mütəxəssis bunları söyləyib:

"Təbii ki, nəticəyə görə narahatam. Fərqli nəticə arzu edirdik. Mitroviç 3 oyunda 5 qol vurub. 4 qol epizodumuz oldu. Təəssüf ki, yararlana bilmədik. Fərq də bundadır. Futbolçulara oyundan sonra təşəkkürümü bildirdim. Komandamdan razı qaldım. Əminəm ki, bizdə hər şey alınacaq. Bəzən səhvlər bizə baha başa gəlir.

İki güclü rəqibə qarşı oynadıq. Bu gün də son dəqiqələrdə buraxdığımız qolla uduzduq. İstənilən matçda səhv tapmaq olar. Bu gün yaxşı oynadıq. Fikirləşirəm ki, düz yoldayıq. Asan olmayacağını bilirəm. Futbolçular yavaş-yavaş dediklərimi başa düşür. Ümid edirəm ki, daha da inkişaf edəcəyik. Oyunçular hələ də fiziki baxımdan çatdıra bilmirlər".

De Byazi Azərbaycan Premyer Liqasının bombardiri Namik Ələskərovu iştirak ərizəsinə salmamasının səbəbini də açıqlayıb: "Bütün futbolçuların oyunlarını izləyirəm. Namiq Ələskərovu yığmadan kənarlaşdırdığımı deyə bilmərəm. Sadəcə, bu gün fiziki baxımdan güclü komanda ilə oynayırdıq. Namiq bu təzyiq dözə bilməzdi. Gələcəkdə komandamıza kömək edə bilər. Anatoli Nuriyev əvəzlənməsini özü istədi. Hətta çıxarkən dedi ki, Azər Salahlı da əvəzlənmək istəyir. Nuriyev işinə çox hörmətlə yanaşan oyunçudur".

Digər xəbərlər