Şənbə 20.04.2024

Belçika və Niderlanddan darmadağın, Türkiyə millisi xal itirdi (Nəticələr)

Belçika və Niderlanddan darmadağın, Türkiyə millisi xal itirdi (Nəticələr)

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində III tura start verilib. Turun ilk oyun günündə 4 qrupda 10 qarşılaşma keçirilib.

Azərbaycan yığmasının yer aldığı A qrupunda Portuqaliya səfərdə Lüksemburqu məğlub edib - 3:1. Bu qrupda yer alan İrlandiya seçməsi isə yoldaşlıq görüşündə Qətərlə heç-heçə edib.

DÇ-2022, seçmə mərhələ

III tur

30 mart

A qrupu

Azərbaycan - Serbiya - 1:2
Qollar: Emin Mahmudov, 59 (penalti) - Aleksandar Mitroviç, 16; 81

Lüksemburq - Portuqaliya - 1:3
Qollar: Gerson Rodriges, 30 - Dioqu Jota, 45+2. Kriştianu Ronaldu, 51. Joau Palyinya, 80
Qırmızı vərəqə: Maksim Şano, 86 (Lüksemburq)

E qrupu

Uels - Çexiya - 1:0
Qol: Daniel Ceyms, 82
Qırmızı vərəqələr: Konnor Roberts, 77 (Uels) - Patrik Şik, 49 (Çexiya)

Belçika - Belarus - 8:0
Qollar: Mişi Batşuayi, 14. Hans Vanaken, 17; 89. Leandro Trossard, 38; 76. Jeremi Doku, 42. Dennis Prat, 49. Kristian Benteke, 70

G qrupu

Cəbəllütariq - Niderland - 0:7
Qollar: Stiven Bergeys, 42. Lük de Yonq, 55. Memfis Depay, 61; 88. Corcinyo Veynaldum, 62. Doniell Malen, 64. Donni van de Bek, 85

Monteneqro - Norveç - 0:1
Qol: Aleksander Sörlot, 35

Türkiyə - Latviya - 3:3
Qollar: Kenan Karaman, 2. Hakan Çalhanoğlu, 33. Burak Yılmaz, 52 (pen.) - Robert Savalniek, 35. Robert Uldrikis, 58. David İkaunieks, 79

H qrupu

Kipr - Sloveniya - 1:0
Qol: İoannis Pittas, 42

Slovakiya - Rusiya - 2:1
Qollar: Milan Şkrinyar, 38. Robert Mak, 74 - Mario Fernandes, 71

Xorvatiya - Malta - 3:0
Qollar: İvan Perişiç, 62. Luka Modriç, 76. Yosip Brekalo, 90