Cümə 26.04.2024

İspaniya millisi büdrədi, İtaliya AVRO-2020-də!

İspaniya millisi büdrədi, İtaliya AVRO-2020-də!

Bu gün AVRO-2020-nin seçmə mərhələsində VII tura yekun vurulub. D, F və J qruplarında ümumilikdə 8 oyun keçirilib.

Günün ən erkən matçı D qrupunda oynanılıb. Gürcüstan seçməsi İrlandiyanı qəbul edib. Matç qolsuz başa çatıb.

F qrupunda yer alan İspaniya yığması final mərhələsinə vəsiqəni təmin etmək üçün Norveç səfərində ardıcıl 7-ci qələbəsini qazanmalı idi. Qrupun digər oyunlarında isə İsveç və Rumıniya darmadağına seviniblər.

J qrupunda yer alan İtaliya isə Yunanıstanı məğlub etməklə final mərhələsinə vəsiqəni təmin edib.

AVRO-2020-nin seçmə mərhələsi

VII tur

12 oktyabr

D qrupu

Gürcüstan – İrlandiya - 0:0

Danimarka – İsveçrə - 1:0
Qol: Poulsen, 84.

F qrupu

Farer adaları – Rumıniya - 0:3
Qollar: Puşkaş, 74. Mitrita, 83. Keseru, 90+4.

Norveç – İspaniya - 1:1
Qollar: Kinq, 90+4-pen - Saul, 47.

Malta – İsveç - 0:4
Qollar: Danielson, 11. Larsson, 58-pen; 71-pen. Aqius, 66 (avtoqol)

J qrupu

Bosniya və Herseqovina – Finlandiya - 4:1
Qollar: Hayroviç, 29. Pyaniç, 37-pen; 58. Hodziç, 73 – Pohjanpalo, 79.

Lixtenşteyn – Ermənistan - 1:1
Qollar: Frik, 72 - Barseqyan, 19.

İtaliya – Yunanıstan - 2:0
Qollar: Jorjinyo, 63-pen. Bernardeski, 78.