Cümə 26.04.2024

Mahir Emreli 3 həftə yaşıl meydanlardan uzaq qalacaq

Mahir Emreli 3 həftə yaşıl meydanlardan uzaq qalacaq

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya komandası ilə oyunda zədələnən Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli bu gün tibbi müayinədən keçib.

Milli komandanın həkiminin müşayiəti ilə MRT (Maqnit Rezonans Tomoqrafiya) olunduqdan sonra Mahir Emrelinin sağ bud nahiyəsində arxa əzələnin 2-ci dərəcəli hissəvi yırtılması aşkarlanıb.

Ağdam klubundan verilən məlumata görə, həkimlərin ilkin diaqnozuna görə Mahir Emreli 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.