news-details
Xəbərlər

Böyük Dəbilqə: 7 cüdoçumuz mübarizəyə başlayır

Bu gün cüdo üzrə Azərbaycan millisinin 7 üzvü Türkiyənin Antalya şəhərində təşkil edilən "Böyük Dəbilqə" yarışına mübarizəyə başlayacaq.

60 kq çəki dərəcəsində çıxış edən idmançılardan Kəramət Hüseynov 1/16 finalda Nikolae Foça (Moldova), Davud Məmmədsoy Emirhan Karahan (Türkiyə) ilə üz-üzə gələcək.

66 kq-dakı Nicat Şıxəlizadə 1/16 finalda Natan Berns (İrlandiya) / Çingizxan Saqinaliyev (Qırğızıstan) cütünün, Orxan Səfərov Kennet Van Hansbeke (Belçika) / Jeremi Sayvel (Malta) duelinin qalibi ilə qarşılaşacaq.

Qadınların yarışında 48 kq-da mübarizə aparan Leyla Əliyeva 1/16 finalda Katarina Tanzer (Avstriya) ilə, bu çəkidəki Aişə Qurbanlı isə 1/8 finalda Hənifə Özcan (Türkiyə) / Anastasiya Pavlenko (Rusiya) cütünün qalibi ilə görüşəcək.

52 kq-dakı Gültac Məmmədəliyeva 1/16 finalda Kehin Janqın (Çin) müqavimətini qırmağa çalışacaq.

154 min dollar mükafat fondu olan "Böyük Dəbilqə" turnirinə aprelin 3-də yekun vurulacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.

"Böyük Dəbilqə"nin medal döyüşləri Bakı vaxtı ilə saat 18:00-dan etibarən "CBC Sport"la canlı yayımlanacaq.

Digər xəbərlər