Şənbə 20.04.2024

"Zirə" "Səbail"lə heç-heçə etdi

"Zirə" "Səbail"lə heç-heçə etdi

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura start verilib. İlk oyun günündə bir qarşılaşma keçirilib. Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan "Zirə" "Səbail"in qonağı olub.

"ASCO Arena"dakı qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edib. Komandalar indiyədək Premyer Liqada 13 dəfə üz-üzə gəlmişdi. Bunların 3-də meydan sahibləri, 7-də qonaqlar qələbə qazanmışdı. 3 görüşdə isə bərabərlik qeydə alınmışdı. Budəfəki oyunda da qapılar toxunulmaz qalıb.

XXI turun "Neftçi" - "Sumqayıt", "Sabah" - "Qəbələ" və "Keşlə" - Qarabağ" matçları sabah olacaq.

Azərbaycan Premyer Liqası, XXI tur

3 aprel (şənbə)

“Səbail” – “Zirə” - 0:0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Müslüm Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”