Cümə 29.03.2024

“Neftçi” uduzdu, “Qarabağ” liderliyi ələ keçirdi

“Neftçi” uduzdu, “Qarabağ” liderliyi ələ keçirdi

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub. Son oyun günündə 3 qarşılaşma keçirilib.

Günün ilk matçında 42 xalla turnir cədvəlinə başçılıq edən "Neftçi" 26 xalla 4-cü pillədə yer alan "Sumqayıt"ı sınağa çəkib. "Bakcell Arena"dakı görüş komandaların ölkə çempionatında sayca 34-cü dueli olub. İki qolun vurulduğu qarşılaşmada qonaqlar qələbə qazanıblar.

Digər oyunda autsayder "Sabah" evdə "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirib. Matçın taleyini bir qol həll edib. Ramil Şeydayev "Sabah"ın 7 oyunluq qələbəsizlik seriyasına son qoyub.

Turun son oyunu isə "ASK Arena"da "Keşlə" və "Qarabağ" komandaları arasında olub. Qarşılaşmada hesabı paytaxt klubu açsa da, ikinci hissəyə əlavə olunmuş dəqiqələrdə Ağdam klubu Patrik Andradenin penalti qolu ilə məğlubiyyətdən xilas olub. "Neftçi"nin məğlub olduğu turda "Qarabağ" liderliyi ələ keçirib.

Ötən gün turun ilk oyununda "Zirə" səfərdə "Səbail"lə qolsuz heç-heçəyə razılaşıb.

Azərbaycan Premyer Liqas, 21-ci tur

4 aprel (bazar)

“Neftçi” – “Sumqayıt” - 0:2
Qollar: R.Sadıxov, 4; 42-pen.
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Bakcell Arena”.

“Sabah” –“ Qəbələ” - 1:0
Qol: R.Şeydayev, 45+1
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”.

“Keşlə” – “Qarabağ” - 1:1
Qollar: R.Hacıyev, 7 - P.Andrade, 90+2-pen
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASK Arena”.