Cümə 19.04.2024

Millimiz Slovakiya ilə oyuna itkilərlə yollandı

Millimiz Slovakiya ilə oyuna itkilərlə yollandı

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində aprelin 8-də Levitse şəhərindəki idman zalında Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün səfərə çıxıb.

Bakı-İstanbul-Budapeşt hava reysi ilə hərəkət edəcək komanda Macarıstanın paytaxtından oyunun keçiriləcəyi şəhərə avtobusla yollanacaq. Levitse şəhərindəki "Astrum Laus" hotelində məskunlaşacaq millinin heyətində itkilər var.

Azərbaycan Futzal Federasiyasından verilən xəbərə görə, zədəli olan Bolinya və Hadi Ahmadi bu görüşdə komandaya kömək edə bilməyəcək. Buna görə də Joze Alesio Da Silva 3-ü qapıçı olmaqla bu matçda 12 futzalçının xidmətindən istifadə edəcək. Yüngül zədəsi olan Amir Şojaei baş məşqçi şans verəcəyi təqdirdə meydana çıxacaq. İki gün əvvəl məşqdə zədələnən Bolinha və Hadi Ahmadi isə müalicəsini Bakıda davam etdirəcək. Onların aprelin 14-də Yunanıstanla Bakıda keçiriləcək görüşə qədər hazır olacağı gözlənilir.

Qarşılaşma aprelin 8-də, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək və "CBC Sport"la canlı yayımlanacaq.