• Çərşənbə axşamı, 03 Avqust 2021
news-details
Xəbərlər

Azərbaycan Premyer Liqasında gənclərə ən çox şans verən komanda açıqlandı - FOTO

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) 21 yaşadək futbolçulara ən çox şans verən klubların adını açıqlayıb.

Siyahıda Azərbaycan Premyer Liqası klublarının da bu göstərici üzrə sıralaması qeyd olunub.

Premyer Liqada gənc futbolçulara ən çox şans verən “Qəbələ” klubudur. Əyalət təmsilçisində 21 yaşadək olan oyunçulara orta hesabla 10,4 faiz şans verilib.

2-ci sırada “Qarabağ” klubu yer alıb. Ağdam təmsilçisində gənclərə 9,5 faiz şans verilib. İlk üçlüyü “Sabah” klubu tamamlayır. “Sabah”da gənclərə verilən şans 7,6 faizlə göstərilib.

“Sumqayıt” (5,4 faiz) 4-cü, “Keşlə” (4,1) 5-ci, “Neftçi” (4) 6-cı, “Zirə” (3,7) 7-cidir.

Premyer Liqada gənclərə ən az şans verən 1,5 faizlə “Səbail” klubudur.

Digər xəbərlər