Şənbə 20.04.2024

PSJ və “Çelsi” yarımfinalda!

PSJ və “Çelsi” yarımfinalda!

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Günün maraqla gözlənilən matçı Fransada təşkil edilib. "Bayern Münhen"i 3:2 hesabı ilə üstələmiş PSJ rəqibi ilə Parisdə üz-üzə gəlib. Qonaqlar 1:0 hesabı ilə qalib gəlsələr də, iki oyunun cəminə görə yarımfinala PSJ yüksəlib.

"Çelsi" klubu isə koronavirus pandemiyası səbəbindən "Portu"nu İspaniyada, "Ramon Sançes Pisxuan" stadionunda qəbul edib. London təmsilçisi bu arenadakı ilk görüşdə rəqibini 2:0 hesabı ilə üstələsə də, cavab matçında 0:1 uduzub. Buna baxmayaraq, "Çelsi" yarımfinala yüksəlib.

1/4 finalın digər iki cavab oyunu aprelin 14-də olacaq.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

PSJ (Fransa) - "Bayern Münhen" (Almaniya) - 0:1
Qol: Şupo-Motinq, 40.
İlk oyun - 3:2

"Çelsi" (İngiltərə) - "Portu" (Portuqaliya) - 0:1
Qol: Taremi, 90+4.
İlk oyun - 2:0