Cümə 26.04.2024

“Mançester Siti” və “Real” da yarımfinalda!

“Mançester Siti” və “Real” da yarımfinalda!

UEFA Çempionlar Liqasında bütün yarımfinalçılar müəyyənləşib. 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki görüş keçirilib.

"Liverpul" səfərdə 1:3 hesabıyla uduzduğu "Real"la doğma meydanda üz-üzə gəlib. Qarşılaşmada qapılara qol vurulmayıb və Madrid klubu yarımfinala yüksəlib.

Dortmund “Borussiya”sı isə “Mançester Siti” ilə üz-üzə gəlib. Qonaqlar ilk matçda olduğu kimi bu oyundan da əzmkar qələbə ilə ayrılıblar və növbəti mərhələyə yüksəliblər.

"Mançester Siti" yarımfinalda PSJ, "Real Madrid" isə "Çelsi" ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 27 - 28 apreldə, cavab qarşılaşmaları 4 - 5 mayda olacaq.

Final oyunu isə mayın 29-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.

UEFA Çempionlar Liqası

1/4 finalın cavab oyunları

14 aprel

“Liverpul” (İngiltərə) – “Real” (İspaniya) 0:0 (1:3)

“Borussiya” (Dortmund, Almanya) – “Mançester Siti” (İngiltərə) 1:2 (1:2)
Qollar: Bellingem, 15 - Mahrez, 55. Foden, 75.