news-details
Xəbərlər

Nikola Yurçeviç: "Əziyyətin belə ucuzlaşması sözə layiq deyil"

Avro-2020-in seçmə mərhələsində keçirilmiş Macarıstan – Azərbaycan (1:0) oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib.

Nikola Yurçeviç (Azərbaycan millisinin baş məşqçisi): "İlk növbədə, rəqibi təbrik edir və uğurlar arzulayıram. Fasilə zamanı futbolçulara vəziyyəti dəyişməyin mümkünlüyünü bildirdim. İlk yarıda komandam bir qədər ehtiyatlı idi. 1:0-dan sonra dönüş etmək mümkündür. Onlara daha cəsarətli oynamağı tapşırdım. İkinci hissədə Macarıstan üçün çətin oyun oldu. Oyunun gedişatı barədə deyiləsi bir şey yoxdur. Bunun bir çox səbəbləri var. Ola bilər Azərbaycan kiçik futbol ölkəsidir, futbolda söz sahibi deyil. Əziyyətin belə ucuzlaşması sözə layiq deyil. VAR sisteminin xeyri var.

Matçdan sonra 50-dək mesaj almışam. Bütün macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər. İnanılmaz səhv idi. Ən çox oyunçularıma görə üzülürəm. Onların əziyyəti yerə vuruldu. Macarıstanlı jurnalistlərə səmimiyyətlərinə görə təşəkkürümü bildirirəm.

Bəhlul Mustafazadə cəmi bir aydır əsas heyətdə oynasa da, istedadlı futbolçu olduğunu göstərməyə başlayıb. O, Xorvatiyaya qarşı da gözəl oynamışdı. Yəqin ki, sayılmayan qoluna görə məyusdur. Bu barədə özü ilə söhbət edəcəyəm. Amma inanıram ki, bundan da özü üçün müsbət nəticə çıxaracaq".

Marko Rossi (Macarıstan millisinin baş məşqçisi): “75 dəqiqəni yaxşı keçirdik, sonra isə yorulduq. Rəqib bundan yararlanaraq qol vurdu. Xoşbəxtlikdən qol sayılmadı. Orada nə baş verdiyini görmədim. Bəxtimiz gətirdi. Onlar Xorvatiya ilə 1:1 hesablı heç-heçə ediblər, Uelsə son dəqiqələrdə qol buraxaraq uduzublar”

Digər xəbərlər