Cümə 29.03.2024

“Qəbələ” “Sumqayıt”a uduzdu, “Qarabağ” xal itirdi

“Qəbələ” “Sumqayıt”a uduzdu, “Qarabağ” xal itirdi

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Turun açılış matçında “Səbail” lider “Qarabağ”ı qəbul edib. Ağdam klubu zirvədəki mövqeyini möhkəmlətmək üçün səfərdən qələbə ilə qayıtmağa çalışsa da, xal itkisi ilə üzləşib.

Gününün digər matçı “Sumqayıt”la “Qəbələ” arasında olub. "Gənclik şəhəri" təmsilçisi rəqibini 2 cavabsız qolla məğlub edib.

Tura sabah keçiriləcək “Neftçi” – “Zirə” və “Keşlə” – “Sabah” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, 23-cü tur

16 aprel

“Səbail” – “Qarabağ” - 1:1
Qollar: A.Yunanov, 38-pen – U.Matiç, 42.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov.
Bakı. “ASCO Arena

“Sumqayıt” – “Qəbələ” - 2:0
Qollar: R.Sadıxov, 66. Ə.Qurbani, 75.
Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Nahid Əliyev, Kamranbəy Rəhimov.
“Sumqayıt Arena”