Cümə 19.04.2024

"Neftçi" lider "Qarabağ"la xal fərqini minimuma endirdi

"Neftçi" lider "Qarabağ"la xal fərqini minimuma endirdi

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub. Turun son 2 oyunu paytaxtda keçirilib.

Günün ilk görüşündə "Keşlə" və "Sabah" komandaları "ASK Arena"da üz-üzə gəliblər. Oyun qolsuz bitib.

Turun son oyununda turnir cədvəlinin 2-ci pilləsində yer alan "Neftçi" "Zirə"ni qəbul edib. "Ağ-qaralar" rəqibini 4 cavabsız qolla üstələyərək, lider "Qarabağ"la xal fərqini minimuma endirib.

İlk oyun günündə "Qarabağ" səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib, "Sumqayıt" isə evdə "Qəbələ"yə 2 cavabsız qolla qalib gəlib.

Azərbaycan Premyer Liqası, XXIII tur

17 aprel (şənbə)

“Keşlə” – “Sabah” - 0:0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəhim Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena”.

“Neftçi” – “Zirə” - 4:0
Qollar: N.Ələsgərov, 47; 76. M.Abbasov, 74. S.Monroz, 90+2.
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”