Cümə 29.03.2024

Formula 1-də İtaliya Qran-prisinin qalibi Maks Ferstappen oldu

Formula 1-də İtaliya Qran-prisinin qalibi Maks Ferstappen oldu

İtaliyanın İmola şəhərində Formula 1 üzrə mövsümün ikinci Qran-prisi keçirilib. Startda 20 sürücü yarışa başladığı halda, “Mersedes” dən Valtteri Bottas, “Uilyams”dan Corc Rassel və Nikolas Latifi qəza nəticəsində mübarizəni erkən dayandırıb. Bundan yararlanan Hemilton rəqibləri ilə fərqi aradan götürərək, 10-cu mövqedən 2-ci yerə çıxıb.

Qalan 17 sürücü arasında davam edən yarışda qalib “Red Bull” komandasının üzvü Maks Ferstappen olub. “Mercedes” komandasından Lyuis Hemilton 19 xalla ikinci, “Maklaren”li Lando Norris isə 15 xalla üçüncü pillənin sahibi olub.

Mayın 2-də Portuqaliyada təşkil olunacaq növbəti Qran –pridən öncə ümumi cədvəldə Lyuis Hemilton 44 xalla liderdir, Maks Ferstapen 43 xalla ikinci, Lando Norris isə 27 xalla üçüncüdür.

Komandaların yarışına gəlincə, “Mercedes” 60 xalla 1-cidir. “Red Bull” 53 xalla 2-ci, “Maklaren” 41 xalla 3-cü sırada qərarlaşıb.