Şənbə 20.04.2024

“Zirə” “Keşlə”yə qalib gəldi, “Qarabağ” “Sumqayıt”la heç-heçə etdi

“Zirə” “Keşlə”yə qalib gəldi, “Qarabağ” “Sumqayıt”la heç-heçə etdi

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Günün ilk matçı "ASK Arena"da "Keşlə" və "Zirə" komandaları arasında olub. Klublar indiyədək kubokda üz-üzə gəlməyiblər. Kamal Umudlunun idarə etdiyi qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yarımfinalın digər oyununda isə "Qarabağ" Sumqayıtda eyniadlı komanda ilə qarşılaşıb. Komandaların bunadək ölkə kubokunda yolları 4 dəfə kəsişib. Bunların üçündə Ağdam klubu, birində "gənclik şəhəri" təmsilçisi mərhələ adlayıb. Budəfəki duellərin ilkində komandalar qolsuz heç-heçəyə razılaşıblar.

Yarımfinal mərhələsinin cavab matçları aprelin 29-da oynanılacaq.

Azərbaycan Kuboku, yarımfinal

İlk oyunlar

“Keşlə” – “Zirə” - 1:2
Qollar: S.Tounkara, 45+2 – R.Bonqonqui, 57. N.Andelkoviç, 62.
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Kamran Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”.

“Sumqayıt” – “Qarabağ” - 0:0
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Zeynal Zeynalov, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”