• Çərşənbə axşamı, 03 Avqust 2021
news-details
Xəbərlər

Mariya Stadnik finalda, Osman Nurməhəmmədov bürünc medal qazandı

Azərbaycanın iki sərbəst güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

61 kq-da Əhmədnəbi Qvarzatilov 3-cü yer uğrunda gürcüstanlı Beka Lomtadze ilə üz-üzə gəlib. 7:9 hesabı ilə uduzan idmançı medal şansını əldən verib.

92 kq çəki dərəcəsində çıxış edən Osman Nurməhəmmədov isə Andril Vlasovla (Ukrayna) qüvvəsini sınayıb. Rəqibinə 5:0 hesabı ilə qalib gələn Nurməhəmmədov bürünc medal qazanıb.

86 kq-da Hacımurad Məhəmmədsəidov boynundan zədə aldığı üçün Nazim Aminlə (San-Marino) təsəlliverici görüşə çıxmayıb və texniki məğlubiyyət alıb.

Daha əvvəl sərbəst güləşçilərdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65 kq) isə bürünc medal qazanıb.

Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik final görüşünə vəsiqə qazanıb. 2 qat dünya və 7 qat Avropa çempionumuzun həlledici qarşılaşmadakı rəqibi Miqlena Selişka (Bolqarıstan) olacaq.

68 kq-da yarışan Elis Manolova 1/8 finalda Tindra Syöberqdən (İsveç) güclü olub, lakin növbəti raundda Nesrin Bas (Türkiyə) ilə dueldən məğlub ayrılıb.

Səbirə Əliyeva (76 kq) isə 1/4 finalda Epp Maeeyə (Estoniya) uduzub.

Digər xəbərlər