Çərşənbə axşamı 16.04.2024

AVRO-2020: UEFA təşkilatçı şəhərlərin sayını azaltdı

AVRO-2020: UEFA təşkilatçı şəhərlərin sayını azaltdı

UEFA Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək şəhərlərlə bağlı yekun qərarını açıqlayıb. Qurumun İcraiyyə Komitəsi İsveçrənin Nyon şəhərində təşkil olunan toplantısında təşkilatçı şəhərlərin sayı 12-dən 11-ə azaldılıb.

UEFA İrlandiyanın paytaxtı Dublinin və İspaniyanın Bilbao şəhərinn oyunlara ev sahibliyi etməyəcəyini rəsmən bəyan edib. Əvəzində Bilbaodakı oyunlar Sevilya şəhərindəki "Estadio La Cartuja" stadionunda olacaq. Dublindən alınan matçlar isə Rusiyanın Sankt-Peterburq şəhərinə həvalə olunub.

UEFA Münhendə təşkil edilməsi nəzərdə tutulan oyunları başqa şəhərə keçirmək istəyib. Buna səbəb azarkeşlərin minimal sayının icazə verilənə uyğun gəlməməsi idi. Lakin Bavariya rəhbərliyi bu rəqəmi 14 min 500 azarkeşə çatdırmağa razılaşıb.

Beləliklə, AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edəcək. Oyunlar 11 iyun - 11 iyul aralığında keçiriləcək.