news-details
Xəbərlər

“Neftçi” xal itirdi, “Qarabağ” 5 cavabsız qolla qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirilib. Turun qarşılaşmaları eyni gündə təşkil edilib.

Açılış oyununda lider "Qarabağ" "Qəbələ"nin qonağı olub. İlk hissəsi qolsuz yekunlaşan matçın ikinci yarısında Ağdam klubu rəqib qapısından 5 cavabsız top keçirib.

Günün ikinci matçında autsayder "Keşlə" "Səbail"i qəbul edib və minimal hesabla qələbə qazanıb.

Çempionluğa iddialı digər komanda "Neftçi" "Sabah"la üz-üzə gəlib. Meydan sahiblərinin 3 futbolçusunun qırmızı vərəqə aldığı qarşılaşmada "Neftçi" rəqibi ilə məhsuldar heç-heçə edib.

Günün son matçında 32 xalla 3-4-cü pillələrdə qərarlaşan "Zirə" və "Sumqayıt" komandaları qarşılaşıb. Tərəflərin səylərinə baxmayaraq, qapılar toxunulmaz qalıb.

Azərbaycan Premyer Liqası

XXIV tur

25 aprel (bazar)

“Qəbələ” – “Qarabağ” - 0:5
Qollar: X.Romero, 64. Q.Qarayev, 68. M.Emreli, 87; 89; 90
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Kamal Umudlu
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu

“Keşlə” –“Səbail” - 1:0
Qol: R.Hacıyev, 51
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASK Arena”

“Sabah” – “Neftçi” - 2:2
Qollar: T.Xəlilzadə, 24-pen. R.Şeydayev, 29 - N.Ələsgərov, 36-pen; 60-pen.
Qırmızı vərəqə: B.Mustafazadə, 58 (ikinci sarı). F.İvanoviç, 86 (ikinci sarı). T.Xəlilzadə, 88 (ikinci sarı)
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Vüqar Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”

“Zirə” – “Sumqayıt” - 0:0
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Kərim Ağayev
Zirə İdman Kompleksinin stadionu

Digər xəbərlər