Cümə 29.03.2024

Türkiyədən əzmkar heç-heçə, İngiltərədən darmadağın, Portuqaliyadan məğlubiyyət

Türkiyədən əzmkar heç-heçə, İngiltərədən darmadağın, Portuqaliyadan məğlubiyyət

2020-ci il Avropa çempionatının seçmə mərhələ oyunları davam edir. VIII turun daha 7 görüşü keçirilib.

A qrupunda Bolqarıstanın qonağı olan İngiltərə yığması darmadağına sevinib. Britaniyalılar rəqib qapısından 6 cavabsız top keçiriblər.

B qrupunda Ukrayna seçməsi Portuqaliyanı qəbul edib. Meydan sahibləri güclü rəqibinə qalib gələrək qitə birinciliyinə vəsiqə qazanıblar.

Günün ən maraqlı oyunu H qrupunda keçirilib. Eyni xala malik Türkiyə ilə Fransa üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

AVRO-2020-nin seçmə mərhələsi

VIII tur

14 oktyabr

A qrupu

Kosovo – Monteneqro - 2:0
Qollar: Rahmani, 10. Muriqi, 34.

Bolqarıstan - İngiltərə - 0:6
Qollar: Reşford, 7. Barkli, 20; 32. Sterlinq, 45+3; 69. H.Keyn, 85.

B qrupu

Ukrayna – Portuqaliya - 2:1
Qollar: Yaremçuk, 6. Yarmolenko, 27 – Ronaldo, 72-pen.

Litva – Serbiya - 1:2
Qollar: Kazlauskas, 79 – Mitroviç, 49; 53.

H qrupu

Moldova – Albaniya - 0:4
Qollar: Çikalleşi, 22. Bare, 34. Traşi, 40. Manay, 90.

İslandiya – Andorra - 2:0
Qollar: Siqurdsson, 38. Siqtorsson, 65.

Fransa – Türkiyə - 1:1
Qollar: Jiru, 76 – K.Ayhan, 82.