Cümə 19.04.2024

"Çelsi" "Real Madrid" səfərində sərfəli nəticə qazandı

"Çelsi" "Real Madrid" səfərində sərfəli nəticə qazandı

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

"Real Madrid" doğma meydanda "Çelsi" ilə üz-üzə gəlib. "Alfredo Di Stefano" stadionundakı görüşdə qalib müəyyənləşməyib.

Denni Makkelinin rəhbərliyi altında niderlandlı hakimlər briqadasının idarə etdiyi qarşılaşmada tərəflər hərəyə bir dəfə fərqləniblər.

Yarımfinal mərhələsinin digər matçında PSJ və "Mançester Siti" klubları üz-üzə gələcək. Görüş bu gün keçiriləcək.

Çempionlar Liqası, yarımfinal

İlk oyun

"Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə) - 1:1
Qollar: Benzema, 29 – Pulişiç, 14