Şənbə 27.04.2024

Məmmədyarov qələbə qazandı, Rəcəbov Karlsenlə heç-heçə etdi

Məmmədyarov qələbə qazandı, Rəcəbov Karlsenlə heç-heçə etdi

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində 1/4 final mərhələsinin ilk matçları keçirilib.

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üçün mərhələnin ilk matçları uğurlu olub.

Məmmədyarov 1/4 finalın ilk matçında FIDE təmsilçisi Alireza Firuzca üzərində inamlı qələbə qazanıb (3:1). Teymur Rəcəbov isə gərgin mübarizənin sonunda dünya çempionu Maqnus Karlsenlə keçirdiyi ilk matçı 2:2 hesablı bərabərliklə başa vurub.

Ümumi mükafat fondu 100 min ABŞ dolları olan turnir mayın 2-dək davam edəcək.