news-details
Xəbərlər

"Mançester Siti" PSJ-yə qalib gəldi

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçirilib. "Mançester Siti" Fransada ötən mövsümün finalçısı PSJ ilə üz-üzə gəlib.

Almaniyalı FIFA referisi Feliks Brixin idarə etdiyi qarşılaşma "şəhərlilər"in qələbəsi ilə yekunlaşıb. Matçda hesabı ilk hissədə meydan sahibləri açsa da, İngiltərə klubu ikinci yarıda vurduğu 2 qolla qalib gəlib.

Yarımfinalın digər oyununda İngiltərə təmsilçisi "Çelsi" İspaniyada "Real Madrid"lə heç-heçə edib - 1:1.

UEFA Çempionlar Liqası

Yarımfinal, ilk oyunu

28 aprel

PSJ – "Mançester Siti" - 1:2
Qollar: Markinyos, 15 – De Bruyne, 64. Mahrez, 71.
Paris. “Park de Prens” stadionu.
Baş hakim: Feliks Brix (Almaniya)

Digər xəbərlər