Cümə 26.04.2024

"Mançester Yunayted" "Roma"nı darmadağın etdi, "Arsenal" uduzdu

"Mançester Yunayted" "Roma"nı darmadağın etdi, "Arsenal" uduzdu

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

İtaliyanın avrokuboklardakı yeganə təmsilçisi "Roma" İngiltərədə "Mançester Yunayted"lə qarşılaşıb. 8 qolun vurulduğu oyunda meydan sahibləri qələbəni bayram ediblər.

İngiltərənin digər klubu "Arsenal" isə İspaniyada "Vilyarreal"la üz-üzə gəlib. Bu oyunda da meydan sahibləri qələbəyə seviniblər.

Yarımfinalın cavab qarşılaşmaları mayın 6-da olacaq.

Avropa Liqası, yarımfinal

İlk oyunlar

"Mançester Yunayted" (İngiltərə) - "Roma" (İtaliya) - 6:2
Qollar: B.Fernandes, 9; 71-pen. Kavani, 48; 64. Poqba, 75. Qrinvud, 86 – Pelleqrini, 15-pen. Ceko, 34.

"Vilyarreal" (İspaniya) - "Arsenal" (İngiltərə) - 1:2
Qollar: Triqeros, 5. Albiol, 29 – Pepe, 73.