Çərşənbə 24.04.2024

Çempionlar Turu: Məmmədyarov yarımfinalda, Rəcəbov mübarizəni dayandırdı

Çempionlar Turu: Məmmədyarov yarımfinalda, Rəcəbov mübarizəni dayandırdı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində yarımfinala vəsiqə qazanıb.

Qrossmeysterimiz 1/4 finalda FIDE təmsilçisi Alireza Firuzcaya birinci dueldə 3:1, cavab oyunlarında da isə 2,5:0,5 hesabla qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Digər şahmatçımız Teymur Rəcəbov isə norveçli dünya çempionu Maqnus Karlsenə ikinci matçda 1,5:2,5 hesabla məğlub olub və yarışı tərk edib. Rəcəbovun M.Karlsenlə keçirdiyi birinci matç bərabərliklə (2:2) başa çatmışdı.

Şəhriyarın yarımfinaldakı rəqibi Hikaru Nakamura (ABŞ) olacaq. Maqnus Karlsen isə yarımfinalda Levon Aronyanla (Ermənistan) qarşılaşacaq.

Ümumi mükafat fondu 100 min ABŞ dolları olan turnir mayın 2-dək davam edəcək.