Şənbə 20.04.2024

Millimiz İsveçrəyə uduzdu

Millimiz İsveçrəyə uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv doğma meydanda qrup lideri İsveçrə yığması ilə qarşılaşıb. "Kapital Bank Arena"da keçirilən görüş qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb.

İlk turda Lixtenşteynə uduzan (0:1) millimiz Slovakiya üzərində qələbə qazansa da (2:1), son iki oyunda Gürcüstana 0:3, Fransaya 0:5 uduzub.

AVRO-2021-in seçmə mərhələsi

2-ci qrup

15 oktyabr

Azərbaycan - İsveçrə - 0:1

Qol: N.Bayrami, 33

Baş hakim: Novak Simoviç (Serbiya).

Sumqayıt. “Sumqayıt Arena”.