Çərşənbə axşamı 19.03.2024

Məmmədyarov - Aronyan: ilk oyun günündə bərabərlik

Məmmədyarov - Aronyan: ilk oyun günündə bərabərlik

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində həlledici raundun ilk görüşləri keçirilib.

Yarımfinalda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda görüşdə Levon Aronyanla (Ermənistan) üz-üzədir. İlk oyun günündə heç-heçə qeydə alınıb - 2:2. Dörd partiyadan ibarət matçda təmsilçimiz iki qələbə qazanıb, ikisində isə məğlub olub.

Çempionluq uğrunda norveçli Maqnus Karlsen ilə ABŞ təmsilçisi Hikaru Nakamura qarşılaşır. Dörd partiyanın nəticəsinə görə, M.Karlsen 3:1 qalib gəlib.

Qalib bu gün keçiriləcək ikinci final gününün yekununda müəyyənləşəcək. Qarşılaşmaların ardından qalib bilinməsə, tay-brek oynanılacaq.

Ümumi mükafat fondu 100 min ABŞ dolları olan turnirin qalibi 30 min ABŞ dolları qazanacaq.