Çərşənbə axşamı 19.03.2024

Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub edib 3-cü oldu

Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub edib 3-cü oldu

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində təmsilçimiz Şəhriyar Məmmədyarov bürünc medal qazanıb.

Məmmədyarovun Ermənistan şahmatçısı Levon Aronyanla birinci qarşılaşması heç-heçə yekunlaşmışdı. Qrossmeysterimiz üçüncü yer uğrunda cavab matçında 2,5:0,5 hesablı qələbə qazanıb.

Çempionluq uğrunda mübarizədə isə Maqnus Karlsen ABŞ təmsilçisi Hikaru Nakamuraya qalib gəlib.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrınadək davam edəcək.