Azərbaycan klublarının 2019-2020-ci il mövsümündə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı üçün UEFA-nın ayırdığı aşağıda göstərilmiş vəsait AFFA-nın vasitəsilə klubların büdcəsinə köçürülüb:
UEFA Çempionlar Liqasında iştiraka görə həmrəylik ödənişi:
“Qarabağ” FK – 1 140 000.00 avro
UEFA Avropa Liqasında iştirak üçün həmrəylik ödənişi:
“Neftçi” – 780 000 avro
“Qəbələ” – 260 000 avro
“Səbail” – 240 000 avro
Qeyd edək ki, Azərbaycan klublarından yalnız "Qarabağ" avrokubokda mübarizəni davam etdirir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasının qrup mərhələsində yer alıb.