Çərşənbə axşamı 19.03.2024

“Qarabağ” xal itirdi, “Sabah”dan qələbə

“Qarabağ” xal itirdi, “Sabah”dan qələbə

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub. Son oyun günündə də 2 qarşılaşma keçirilib.

Günün ilk matçında "Qarabağ" "Azersun Arena"da "Zirə"ni qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Turun son oyunu Sumqayıtda keçirilib. "Gənclik şəhəri" təmsilçisi "Sabah"la qarşılaşıb və 2 cavabsız qolla məğlub olub. Bu qalibiyyət sayəsində sonuncu pillədən qurtulan "Sabah" 5-ci pilləyə yüksəlib.

İlk oyun günündə "Neftçi" səfərdə "Keşlə"ni 3:0, "Səbail" isə evdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası

XXV tur

"Qarabağ" – "Zirə" - 1:1
Qollar: A.Zubir, 19 – F.Melivilo, 17
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Azersun Arena".

“Sumqayıt” – “Sabah” - 0:2
Qollar: M.Marina, 40. T.Fofana, 69
Qırmızı vərəqə: C.Xocaniyazov, 86 ("Sumqayıt")
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Elçin Məsiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
"Kapital Bank Arena".