Çərşənbə axşamı 19.03.2024

Böyük Dəbilqə: Cüdoçularımız ilk günü medalsız başa vurdular

Böyük Dəbilqə: Cüdoçularımız ilk günü medalsız başa vurdular

Rusiyanın Kazan şəhərində cüdo üzrə Böyük Dəbilqəyə start verilib. Azərbaycanın 10 təmsilçisindən yarısı ilk yarış günündə mübarizəyə qoşulub.

60 kq-dakı Davud Məmmədsoy 1/16 final mərhələsində Albert Oğuzovu (Rusiya) mübarizədən kənarlaşdırsa da, ikinci görüşdə David Pulkrabekə (Çexiya) məğlub olub.

1/32 final mərhələsindən yarışa qoşulan Elçin Hüseynov (66 kq) ardıcıl olaraq Karmine Maria Di Loretoya (İtaliya), Yerlan Serikjanovaya (Qazaxıstan) və Xuan Postiqosa (Peru) qalib gəlib. O, 1/4 finalda Murad Çopanovla (Rusiya) bacarmayıb. Hüseynov təsəlliverici qarşılaşmada Aram Qriqoryana (Rusiya) qalib gələ bilməyib və 7-ci olub.

Qadın cüdoçularımızın hamısı 1/16 final mərhələsinin görüşlərini qələbə ilə bitiriblər. 48-dakı Leyla Əliyeva Melani Vieu (Fransa), eyni çəkidəki Aişə Qurbanlı Katarina Ments (Almaniya), 52 kq-da yarışan Gültac Məmmədəliyeva isə Lus Olvera (Meksika) ilə dueldən qalib ayrılıb. Onlar daha sonra müqaviq olaraq Funa Tonaki (Yaponiya), İrena Xubulova (Rusiya) və Astride Gnetoya uduzublar.

Üç gün davam edəcək mötəbər turnirdə 79 ölkədən 244 kişi və 164 qadın olmaqla, ümumilikdə 408 cüdoçu qüvvəsini sınayır.

Mükafat fondu 154 min ABŞ dolları olan yarışın medal döyüşləri saat 18:00-dan etibarən "CBC Sport"la canlı yayımlanır.